İlham Əliyev Oklahoma ştatının qubernatoru ilə görüşdü - YENİLƏNİB - FOTO
Con Kevin Stittin Zəngilan rayonuna edəcəyi səfərinin Azərbaycanın həmin ərazilərdə icra etdiyi “yaşıl enerji” və “ağıllı kənd” layihələri ilə yaxından tanış olmağa imkan yaradacağına ümid etdiyini bildirib. Oklahoma Milli Qvardiyası ilə Azərbaycanın Müdafiə Nazirliyinin təxminən 20 ildir əməkdaşlıq etdiyi və indi bu əməkdaşlığın daha geniş tərəfdaşlıq formatına çevrildiyi vurğulanıb.
Söhbət zamanı Oklahoma ştatı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, azərbaycanlı tələbələrin bu ştatda kənd təsərrüfatı üzrə təhsil aldıqları məmnunluqla qeyd edilib.Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda xatirə hədiyyələri təqdim olunub.
Azvision.az
Teqlər: İlham-Əliyev