Rusiyada koronavursdan ölənlərin sayı 155 mini ötüb

Rusiyada koronavursdan ölənlərin sayı 155 mini ötüb
  27 İyul 2021    Oxunub:1051
Rusiyada son sutka ərzində koronavirusa 23 032 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 6 172 812 nəfərə çatıb.

Rusiyada son bir gündə 779 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 155 380 nəfərdir. İndiyədək 5 526 950 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Rusiya  





Xəbər lenti