Minalar Qarabağda dəmir yolu infrastrukturunun yaradılmasını çətinləşdirir - ADY sədri

  23 İyul 2021    Oxunub :590
   Minalar Qarabağda dəmir yolu infrastrukturunun yaradılmasını çətinləşdirir -    ADY sədri
"İşğaldan azad olunmuş ərazilərində dəmir yolu infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır”.
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. O qeyd edib ki, işlər üç istiqamət üzrə aparılır.

"Bunlar Horadiz-Naxçıvan, Şuşa və Ağdam istiqamətləridir. Ağdam istiqamətində artıq 20 kilometr yol yatağı tikinti üçün hazırdır. Ərazilərin minalanması dəmir yolu infrastrukturunun yaradılmasını çətinləşdirən əsas səbəbdir".

Azvision.az

Teqlər: Dəmiryolu  







Xəbər lenti