"Olimpiakos" - "Neftçi" matçı başlayıb

"Olimpiakos" - "Neftçi" matçı başlayıb
  21 İyul 2021    Oxunub:1125
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Azvision.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Neftçi" Yunanıstan səfərində "Olimpiakos"la qarşılaşır.

Portuqaliyalı referi Joao Pinyeyrunun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb. İlk raundda Tbilisi “Dinamo”sunu hər iki matçda 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisini bu dəfə daha çətin oyun gözləyir.

Qeyd edək ki, bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

21 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

23:00."Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan) - 0:0 (Birinci hissə)
Baş hakim:
Joao Pinyeyru (Portuqaliya)
Pirey, "Georgios Karaiskakis" stadionu.

Azvision.az



Teqlər:





Xəbər lenti