Cüdoçularımız Yaponiyada məşqə çıxdı

Cüdoçularımız Yaponiyada məşqə çıxdı
  21 İyul 2021    Oxunub:981
Cüdo üzrə Azərbaycan millisi Yay Olimpiya Oyunları üçün Tokioda məşqə çıxıb.
Azvision.az -ın məlumatına görə, hazırlıq prosesi cüdonun mənbəyi hesab edilən Kodakanda baş tutub.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da komandanın məşqini izləyib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında bu idman növü üzrə yarışlara iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunacaq. Püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 09:00-da keçiriləcək. Tatamiyə ilk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək gerçəkləşəcək.

Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.


Azvision.az


Teqlər: cüdo  





Xəbər lenti