Çində yağışlar 25 nəfərin ölümünə səbəb olub

Çində yağışlar 25 nəfərin ölümünə səbəb olub
  21 İyul 2021    Oxunub:781
Çinin Henan vilayətində şiddətli yağışların törətdiyi fəsadlar 25 nəfərin ölümünə, 7 nəfərin itkin düşməsinə səbəb olub.
Azvision.az xəbər verir ki, bir neçə gündür davam edən mövsüm yağışlarının miqdarı vilayətin paytaxtı Cjencjou 449 millimetrə çatıb. Nəticədə küçələri su basıb, yaşayış binalarının birinci mərtəbələrinə, mağazalara, restoranlara, sosial obyektlərə, hətta metro stansiyalarına su dolub.

Çin Xalq Respublikasının Sədri Si Cinpin təbii fəlakətlə mübarizə aparan qurumlar qarşısında insanların xilasını prioritet tələb kimi qarşıya qoyub.

Azvision.az


Teqlər: Çin  





Xəbər lenti