Lenin mavzoleyi bağlanacaq

Lenin mavzoleyi bağlanacaq
  21 İyul 2021    Oxunub:2689
Qırmızı meydanda yerləşən Lenin mavzoleyi fəaliyyətini müvəqqəti olaraq dayandıracaq.
Azvision.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd olunub ki, 24 iyulda zabitlərin məzun olmasına həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Lenin mavzoleyi işləməyəcək.

Mavzoley 1924-cü ildə, Leninin ölümündən qısa vaxt sonra açılıb. İlk mavzoley taxtadan olub, sonradan iki dəfə yeni mavzoley inşa olunub. Sonuncu mavzoley 1930-cu ildə memar Şusevin layihəsi əsasında tikilib.


Azvision.az


Teqlər: Lenin  





Xəbər lenti