Elmar Məmmədyarov Serbiya səfiri ilə görüşüb

Elmar Məmmədyarov Serbiya səfiri ilə görüşüb
  14 Mart 2014    Oxunub:867
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, XİN-in mətbuat xidmətind’n verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycan ilə Serbiya arasında mövcud olan münasibətlərin inkişafından məmnunluq ifadə edib və səfirə bu münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.

Z.Vayoviç ölkəmizdən xoş təəssüratla ayrıldığını vurğulayıb və burada onun fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti