AMEA-nın institut direktoru istefa verdi

AMEA-nın institut direktoru istefa verdi
  13 Mart 2014    Oxunub:1706
AMEA Kimya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad olundu
AMEA-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, AMEA Kimya Problemləri İnstitutunun direktoru, akademik Ağadadaş Əliyev vəzifəsindən azad olunub. A.Əliyevin səlahiyyətlərinə öz xahişi əsasında xitam verilib.

Qeyd edək ki, institutun elmi işlər üzrə direktor müavinləri - AMEA-nın müxbir üzvü Mübariz Əhmədov və kimya üzrə elmlər doktoru Vaqif Əhmədov da öz xahişləri ilə tutduqları vəzifədən azad olunublar.

AMEA Rəyasət Heyətinin qərarı ilə institutun direktoru vəzifəsini seçki keçirilənədək AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev icra edəcək.


Teqlər:





Xəbər lenti