Oğurluğa getdiyi evdə yatdı

Oğurluğa getdiyi evdə yatdı
  29 Mart 2013    Oxunub:1484
Şəmkirdə oğurluğa cəhd edən şəxs yatdığı üçün ələ keçib.
Dünən gecə saatlarında Tovuz rayon sakini Rəşad Vəliyev Şəmkir şəhər sakini Rabə Əmirovanın evinə oğurluğa girib.

9 otaqlı evdən xeyli miqdarda zinət və geyim əşyaları oğurlayan, hətta geyimlərdən də bəzilərini geyinən oğru evdə heç kimin olmadığı üçün orada yataraq dincəlmək istəyib.

Evdə yatıb qalan oğru bu gün səhər saat 09:00 radələrində ev sahibi və polis tərəfindən yaxalanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. (kəpəz tv)


Teqlər:





Xəbər lenti