Deputata yeni vəzifə verildi

   Deputata yeni vəzifə verildi
  17 İyun 2021    Oxunub:1297
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Antikorrupsiya Təlim Mərkəzi təsis edilib.
Azvision.az xəbər verir ki, quruma Şura üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov rəhbər təyin edilib.

Qeyd edək ki, Antikorrupsiya Təlim Mərkəzi prokurorluq, digər hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları, özəl sektorda çalışan şəxslər, tələbələr üçün korrupsiyaya qarşı mübarizə, dövlət qulluğu və özəl sektorda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış və s. məsələlərlə bağlı qısa və uzunmüddətli təlim, treninqlərin təqdim edilməsi yolu ilə tədris və peşə hazırlığının həyata keçirilməsi məqsədilə yaradılıb.

Azvision.az



Teqlər:





Xəbər lenti