Paşinyanın tərəfdarları ilə müxalifətçilər arasında dava düşdü - VİDEO

   Paşinyanın tərəfdarları ilə müxalifətçilər arasında dava düşdü -    VİDEO
  14 İyun 2021    Oxunub:2002
Bu gün Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın tərəfdarlarının İrəvanda keçirdiyi yürüş insidentlə başa çatıb.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, yürüş zamanı Paşinyanın tərəfdarları ilə müxalif "Çiçəklənən Ermənistan" partiyasının nümayəndələri arasında mübahisə yaranıb. Tərəflər sonda yumruq davasına çıxıblar. Qarşıdurmaya polis əməkdaşları müdaxilə edib.



Qeyd edək ki, “Çiçəklənən Ermənistan” partiyasının sədri iş adamı Qaqik Tsarukyandır.

Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti