NATO Gürcüstanla Ukraynaya “Hə, amma indi yox” dedi

   NATO Gürcüstanla Ukraynaya    “Hə, amma indi yox”    dedi
  14 İyun 2021    Oxunub:2078
Gələcəkdə Ukrayna ilə Gürcüstan NATO-nun üzvlüyünə qəbul edilə bilərlər. Bu haqda NATO ölkələrinin qəbul etdikləri bəyannamədə bildirilir. Amma sənəddə bunun konkret nə zaman baş verəcəyi haqda heç nə deyilmir.
- Biz 2008-ci ilin Buxarest sammitində Ukraynanın Alyansa üzv ola biləcəyi haqda çıxarılmış qərarı təsdiqləyirik. Qətiyyətlə bildiririk ki, Ukrayna kənardan müdaxilə olunmadan öz xarici siyasət kursunu müəyyənləşdirmək hüququna malikdir ,- deyə sənəddə vurğulanır.

Gürcüstanla bağlı da həmçinin, anoloji fikirlər qeyd olunub.

NATO üzvləri bəyan ediblər ki, Ukraynanın müxtəlif istiqamətlərdə, o cümlədən, təhlükəsizlik sahəsində apardıqları islahatları dəstəkləyirlər.
Hikmət Hacıyev: "Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub"

“Biz Qara Dəniz hövzəsində Rusiyanın getdikcə artan mənfi təsirlərinə cavab olaraq, Gürcüstanla sıx əməkdaşlıq edirik”, - deyə vurğulayan Alyans üzvləri Gürcüstanı hibrid hədələr qarşısında müdafiə etməyə hazır olduqlarını qeyd ediblər.

Yada salaq ki, bir qədər əvvəl Ukrayna prezidenti Volodımir Zelenski ölkəsinin təxirə salınmadan NATO-ya qəbul edilməli olduğunu bildirmişdi. May ayında isə Polşa prezidenti bəyan etmişdi ki, Gürcüstana NATO-ya daxil olmaqda kömək edəcəklər.

Samir Quliyev
Azvision.az



Teqlər: NATO  





Xəbər lenti