Vətən müharibəsi qazisinin problemi həll olundu - VİDEO

Vətən müharibəsi qazisinin problemi həll olundu -   VİDEO
  13 İyun 2021    Oxunub:1005
Azərbaycan Ordusunda şərəfli xidmət göstərərək, Vətən müharibəsində qəhrəmanlıq yolu keçən igidlərimizdən biri də kiçik çavuş Yaqub Qəhrəmanlıdır. O, “N” saylı hərbi hissənin minaatan batereyasında sanitar təlimatçısı, tibb xidməti çavuşu kimi xidmət edib.
Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə şücaətlər göstərib. Kiçik çavuş Qəhrəmanlı döyüşdən yaralı əsgəri çıxararkən mərmi partlayışı zamanı yaralanıb. Yaqub Qəhrəmanlı “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Azvision.az xəbər verir ki, qazi bu günlərdə fərdi yaşayış evinin həyətinin giriş hissəsində qapı keçidinin qurulması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə sosial şəbəkə üzərindən müraciət edib. Şəhid və qazi ailələrinin müraciətlərinə xüsusi diqqət ayıran Birlik tərəfindən qısa bir müddət ərzində onun müraciəti də təmin olunub.



Onu da qeyd edək ki, "Facebook" sosial şəbəkəsi vasitəsilə həm Birliyin səhifəsinə, həm də baş direktor Ruslan Əliyevin səhifəsinə çoxsaylı müraciətlər daxil olur. Onlar sistemləşdirilir, araşdırılır və ilk növbədə qazi, şəhid, aztəminatlı ailələrin qaz təchizatı məsələləri icra üçün müvafiq strukturlara yönəldilir.

Azvision.az


Teqlər: Qazi   Azərqaz  





Xəbər lenti