`Blu-ray` termini dəniz heyvanı deməkdirmi? - SORĞU

`Blu-ray` termini dəniz heyvanı deməkdirmi? - SORĞU
  08 Mart 2014    Oxunub:2443
Amerikalıların əksəriyyəti kompyuter terminlərindən xəbərsizdirlər.
AzVision.az xəbər verir ki, “Vouchercloud” resursunun öz saytının istifadəçiləri arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, amerikalıların 77 faizi “SEO” (Search Engine Optimization, “axtarış optimallaşdırması”) abreviaturasının açılışı barədə məlumatı yoxdur.

Bildirilir ki, rəyi soruşulanların 27 faizi hesab edir ki, “qiqabayt” kompyuter termini Cənubi Amerikada hansısa bir həşəratın adıdır. Respondentlərin 42 faizi “motherboard” (sistem lövhə) terminini səyahət laynerində əsas göyərtə anlamında başa düşür.

Amerikalıların 23 faizi əmindirlər ki, MP3 “Ulduz müharibələri”ndə robotun adıdır. Respondentlərin 18 faizi hesab edir ki “Blu-ray” termini dəniz heyvanıdır, 12 faizi isə “USB” dedikdə Avropa ölkələrindən birinin adının qısaldılmış forması olduğu fikrindədir.


Teqlər:  





Xəbər lenti