Türkiyə təkzib etdi

  28 Mart 2013    Oxunub : 210
Türkiyə təkzib etdi
56 nəfər suriyalı qaçqının öz arzusu ilə düşərgəni tərk etdiyi bildirilir.
Türkiyə XİN 600 nəfərin Şanlıurfadakı suriyalının yerləşdiyi qaçqın düşərgəsindən deportasiya olunması barədə yayılmış xəbərləri təkzib edib. “İTAR-TASS”a əsasən, bu barədə agentliyə Türkiyə XİN mətbuat xidmətində bildiriblər.

“Bizim məlumatımıza görə, çərşənbə günü axşam saatlarında 56 nəfər suriyalı qaçqın öz arzusu ilə düşərgəni tərk edib evlərinə dönmək istədiklərini bildiriblər. Onlar özləri gediblər. 600-700 nəfərdən söz belə ola bilməz”, deyə Türkiyə XİN mətbuat xidmətində bildiriblər.

Mətbuat xidmətində qeyd ediblər ki, deportasiya çox mürəkkəb prosesdir və bir neçə bürokratik prosedura nəzərdə tutur. APA bildirir ki, Türkiyə XİN hal-hazırda bu məlumatın yayılmasının səbəbini araşdırır.

Teqlər: