“Azərbaycan bizim dostumuzdur” - Belarusun müdafiə naziri
"Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir, həm regional, həm də beynəlxalq siyasi aləmdə həmişə mühüm rol oynayıb. Dünya miqyasında bizi dəstəklədiyinizə, bizə siyasi dəstək verdiyinizə görə Sizə şəxsən öz adımızdan, Belarus Respublikası adından təşəkkürümü bildirmək istərdim. Dağlıq Qarabağ zonasında hərbi əməliyyatların dayandırılması üçün əldə etdiyiniz razılaşmaları da alqışlayırıq. Biz, sadəcə, əminik ki, müdrik rəhbərliyinizlə bu, həmin regionun daha da inkişaf etməsi və diyarda sülhün möhkəmlənməsi üçün yaxşı təməl olacaq", - deyə müdafiə naziri qeyd edib.
Azvision.az