Gəncə Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunur

Gəncə Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunur
  18 May 2021    Oxunub:1990
Gəncə Apellyasiya Məhkəməsinə iki yeni hakimin təyin olunması təklif edilir.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” sənəddə öz əksini tapıb.

Sənədə əsasən, Salman Bilal oğlu Hüseynov və Mirbahəddin Mirdamət oğlu Hüseynov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunması təklif edilir.

Təklif edilir ki, Tapdıq Şükür oğlu Mahmudov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunsun.

Azvision.az


Teqlər: Gəncə   Apellyasiya   Məhkəməsi  





Xəbər lenti