AŞPA məruzəçisi İrəvana gedir, Azərbaycana da gələcək

AŞPA məruzəçisi İrəvana gedir,  Azərbaycana da gələcək
  18 May 2021    Oxunub:2324
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) Ermənistana səfər edəcək.
Azvision.az AŞPA-nın rəsmi saytına istinadla xəbər verir ki, səfər mayın 19-da baş tutacaq.

Mayın 22-dək davam edəcək səfər zamanı həmməruzəçi hesabat üçün Ermənistan və Azərbaycan arasında keçmiş münaqişənin humanitar nəticələri barədə məlumat toplayacaq.

O, səfər çərçivəsində Ermənistan parlamentinin sədri, müxtəlif nazirliklərin nümayəndələri ilə görüşlər keçirəcək.

Həmçinin, Qavanın "erməni əsirlərin" və itkin düşən şəxslərin ailə üzvləri, qaçqınlar, dini liderlər və Ermənistan ombudsmanı, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Qeyd olunub ki, Paul Qavan əlavə informasiyalar toplamaq üçün yayda Azərbaycana səfər edəcək və hesabatını payızda tamamlayacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AŞPA  





Xəbər lenti