Nazir vətəndaşların problemlərini dinlədi

Nazir vətəndaşların problemlərini dinlədi
  05 Mart 2014    Oxunub:1089
Martın 5-də ədliyyə naziri Fikrət Məmmədov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şamaxıdakı Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, Ağsu və digər rayonlarda yaşayan vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılıb, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.
Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin edilib.


Teqlər:  





Xəbər lenti