Saakaşvili də dindirilə bilər

Saakaşvili də dindirilə bilər
  28 Mart 2013    Oxunub:1431
Gürcüstan Baş Prokuroru prezident Mixail Saakaşvilinin dindirilməsinin mümkünlüyünü istisna etməyib.
Bu barədə Arçil Kbilaşvili bu gün jurnalistlərə açıqlamasında deyib. Baş prokuror lazım gələrsə prezident Mixail Saakaşvilinin dindirilə biləcəyini istisna etməyib.

Baş prokurorun sözlərinə görə, heç bir səlahiyyətli şəxs şahid qismində dindirilmək üçün çağırılarsa buna etiraz edə bilməz.

Xatırladaq ki, bir müddət öncə prezident Saakaşvili mətbuata açıqlamasında Gürcüstanın prezidentin sorğuya çəkildiyi ölkələrdən olmasını istəmədiyini deyib və dolayı yolla sorğuya çağırılacağı təqdirdə gəlməyəcəyini bildirib.


Teqlər:  





Xəbər lenti