Milli Məclis daha bir qanun layihəsini təsdiqlədi

Milli Məclis daha bir qanun layihəsini təsdiqlədi
  04 Mart 2014    Oxunub:1071
“Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanun layihəsi müzakirə edildi.

AzVision.az-ın məlumatına görə, qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Qanun layihəsinə münasibət bildirən Asim Mollazadə bildirib ki, bu layihə iki ölkə arasındakı əməkdaşlığı daha da artıracaq. Millət vəkili aviasiya sahəsində də iki dövlət arasında əməkdaşlığa çağırıb. Bildirib ki, bu həm də turizmin inkişafına kömək edəcək.
Qanun layihəsi səs verməyə qoyulub və sonda qəbul edilib.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti