Aktyor Ərdoğana görə istefa verdi

Aktyor Ərdoğana görə istefa verdi
  04 Mart 2014    Oxunub:1056
Türkiyəli aktyor baş nazir Rəcəb Tayyib Ərdoğana görə serialı tərk edib.
AzVİsion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Samanyolu televiziyasında yayımlanan “Şefkat tepe” serialında Kordon Celil obrazını canlandıran Ərtoğrul Şakar kanalla bağladığı müqaviləni ləğv edib. O, buna səbəb kimi adı çəkilən kanalın son zamanlar baş nazir və hökumətə qarşı tutduğu mövqeylə razılaşmamağını göstərib: “Hazırda ölkəmizin içində olduğu kritik vəziyyətdə milli birliyimizə, hökumətimizə və baş nazirimizə ziyan vuran bu verilişlərlə bağlı kanalla ikir ayrılıqlarımız var. Buna görə də aramızdakı müqaviləni ləğv edirəm”.

Qeyd edək ki, adı çəkilən serial bir müddət əvvəl dini səbəblərlə bağlı gündəmə gəlmişdi. Belə ki, serialda Məhəmməd peyğəmbər canlandırılmış və həmin obrazın yük maşınına mindiyi gösdtərilmişdi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti