Bahar Muradova qadınların polis olmasını istəyir

Bahar Muradova qadınların polis olmasını istəyir
  04 Mart 2014    Oxunub:981
Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Bahar Muradova Ombudsmanın hesabatına münasibət bildirərək, onun qənaətbəxş hesab etdiyini deyib. O qeyd edib ki, Ombudsmanın gördüyü işləri qənaətbəxş hesab etmək olar:

“Bu institut Azərbaycanda insan haqlarının qorumaq vəzifəsi ilə uzlaşdırılaraq, konkret və müfəssəl olaraq fəaliyyət göstərilir. Qurumun işi kifayət qədər uğurludur. Təkcə nöqsanları qeyd etmək lazım deyil. Birdə həm qanunvericilik həm də icrası prosesində görüləcək işlər öz əksini tapır”.

Vitse-spiker polis işçilərinin tərkibində qadınların olmasının tərəfdarı olduğunu qeyd edib: “Müvəqqəti saxlama yerlərində polis əməkdaşları sırasına qadınları da cəlb edilməsi məsələsi doğrudur. Qadın əməkdaşların cəlb edilməsinə ciddi ehtiyac var. Bu həm də həmin sistemdə gender bərabərliyini qorumağa və bir sıra problemləri də həll edə bilər”.

Bahar Muradova Koorparativ Xüsusi Fondlar barədə danışıb: “Burada bu fondların yaradılması ilə bağlı fikirlər səsləndi. Bununla bağlı xüsusi qanun da qəbul oluna bilər. Yəni kimsə ianə verirsə, onu vergi yükündən azad etmək olar və digər məqamlarla bağlı bununla bağlı qanun qəbul edə bilərik”.

Eyni zamanda vitse-spiker qeyd edib ki, cəbhə xəttinə yaxın yerlərdə psixoloji ştatlar açılmalıdır: “Təmas xəttinə yaxın yerlərdə də psixoloji ştatların açılmasına ehtiyac var. Bunun üçün qanun və müəyyən addımlar atılmalıdır”.

Bahar Muradova qeyd edib ki, valideynlərini qocalar evinə qoyan vətəndaşlar məsuliyyətə cəlb oluna bilər: “Övladları tərəfindən qocaqlar evinə verilmiş ahıl vətəndaşların hüquqlarının qorunması və bunu edən övladların məsuliyyəti məsələsi ilə bağlı qanun qəbul edilə bilər. Necə ola bilər ki, aliment məsələsi həl olunur, amma bu yox. Bunu müəyyən etməliyik”.

Daha sonra vitse-spiker Sabir Rüstəmxanlının iradına cavab verdi. O, bildirib ki, Azərbaycan parlamentinin beynəlxalq təşkilatlarda Parlament Assambleyasında nümunə heyətləri var. Azərbaycana qarşı qərəzli hesabatlarla bağlı bir qayda olaraq onlara bənd-bənd cavab verilir.
Vitse-spiker qeyd edib ki, belə hesabatlar Azərbaycanda QHT-lərin, özünü müxalifət adlandıran siyasi partiyaların məlumatları əsasında hazırlanır: “Yəni dolayısı ilə Azərbaycandan gedərək Avropanı fırlanıb yenidən özümüzə qayıdır. Azərbaycan hökumət, parlamenti bu cür hesabatlara bənd-bənd cavab verir. Misal üçün 2013-cü ilin əvvəlində AŞPA-da Ştrasserin təqdim etdiyi hesabatın qəbul edilməməsinə səbəb bizim bununla bağlı apardığımız iş oldu. Biz çox istərdik ki, siyasi partiyalar da, xüsusilə konstruktiv müxalifət olan partiyalar da buna qarşı öz münasibətlərini bildirsinlər. Sabir müəllim siz özünüz də bununla bağlı mövqeyini ortaya qoymalısınız. Bu hesabatı hazırlayanlar da təkcə QHT-lərin verdikləri məlumatlara deyil, alternativ məlumatlara da söykənsinlər”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti