Paşinyanın iqamətgahı qarşısında aksiya keçirildi - VİDEO

   Paşinyanın iqamətgahı qarşısında aksiya keçirildi -  VİDEO
  22 Aprel 2021    Oxunub:4043
Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət bağı qarşısında etiraz aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, aksiya müxalif "Vətənin xilası hərəkatı"nın nümayəndələri və tərəfdarları tərəfindən təşkil olunub.

Məlumata görə, aksiya iştirakçıları Paşinyanın Sünik (Zəngəzur-red) bölgəsinə səfərinə etiraz olaraq hökumət bağı qarşısında toplaşıblar.

Əraziyə polis qüvvələri cəlb olunub.



Xatırladaq ki, bu gün Sünik vilayətinin Mehri və Qacaran şəhərlərinin sakinləri Paşinyanın səfərinə etiraz olaraq küçələrə axışıblar. Baş nazir etirazlar səbəbindən Mehriyə səfərini yarımçıq dayandırıb.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti