Abel Məhərrəmovun oğlu vəzifəsindən azad edildi

  Abel Məhərrəmovun oğlu vəzifəsindən azad edildi
  19 Aprel 2021    Oxunub:2415
Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, vəzifəsindən geri çağırılan Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovun oğludur.

Azvision.az


Teqlər: Prezident   Səfir  





Xəbər lenti