İnformasiya-analitik sistemi yaradılır

İnformasiya-analitik sistemi yaradılır
  02 Mart 2014    Oxunub:2851
Terminoloji informasiya sisteminin yaradılması istiqamətində tədqiqatlar aparılır Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasının iclasında www.science.gov.az portalı və www.ict.az saytının 2014-cü il üçün fəaliyyət planı təqdim olunub.

İnstitutdan AzVision.az-a bildiriblər ki, iclasda şöbə müdiri Gülnarə Nəbibəyova cari ildə görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, xarici siyasət sahəsində “OLAP” texnologiyaları əsasında qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənilməsi istiqamətində araşdırmalar davam etdirilir. Bundan əlavə, qərarların qəbulunu dəstəkləyən sistemlərdə verilənlər anbarı atributlarının fazzifikasiyası metodları və qeyri-səlis “OLAP” modeli işlənilir.

Şöbə müdiri Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması üzrə tədqiqatların aparıldığını, bu istiqamətdə araşdırmaların cari ildə də davam etdiriləcəyini deyib. Qeyd olunub ki, şöbədə veb-resursların optimallaşdırılmasının elmi-nəzəri problemlərinin təhlili və tədqiqi, media-analitikanın mövcud vəziyyəti, sosial media problemləri istiqamətlərində də elmi araşdırmalar aparılacaqdır.

Sonra AMEA-nın www.science.gov.az rəsmi portalı və institutun www.ict.az saytının 2014-cü il üçün fəaliyyət planı təqdim edilib. AMEA-da aparılan struktur dəyişiklikləri və islahatlarla əlaqədar portalın və saytın yeni versiyalarının hazırlandığını diqqətə çatdıran məruzəçi bildirilib ki, bu versiyalarda innovativ texnologiyaların tətbiqi ilə yanaşı, AMEA-nın qurumları və əməkdaşları haqqında informasiya təminatı da yenilənəcəkdir. Həmçinin AMEA-nın qurumları tərəfindən keçirilən mühüm elmi tədbirlərin onlayn yayımı təşkil olunacaq.

Daha sonra fəaliyyət planı ətrafında müzakirələr aparılıb, rəy və tövsiyələr səsləndirilib.


Teqlər:





Xəbər lenti