Polşa Rusiyanın 3 diplomatını “persona non qrata” elan etdi

 Polşa Rusiyanın 3 diplomatını “persona non qrata” elan etdi
  16 Aprel 2021    Oxunub:2995
Polşa hökuməti Rusiyanın üç diplomatını "persona non-qrata" elan edib.
Azvision.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, bu gün XİN-ə çağırılan Rusiya səfirinə diplomatik korpusun üç əməkdaşının “persona non-qrata” elan olunması barədə diplomatik nota verilib.

Rəsmi Varşava qərarın diplomatik statusun pozulması ilə əlaqədar olduğunu açıqlayıb.

Qeyd edək ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Azvision.az


Teqlər: Polşa   Rusiya  





Xəbər lenti