Türkiyə Rusiyaya uçuşları dayandırdı

Türkiyə Rusiyaya uçuşları dayandırdı
  15 Aprel 2021    Oxunub:3020
"Türk Hava Yolları" (THY) aviaşirkəti aprelin 15-dən etibarən Rusiyaya uçuşları dayandırır.
Azvision.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni məhdudiyyət iyunun 1-dək qüvvədə qalacaq. Bu müddət ərzində Rusiya və Türkiyə arasında həftədə iki dəfə xüsusi aviareyslər həyata keçiriləcək.

İki ölkə arasında uçuşlar qarşılıqlı şəkildə məhdudlaşdırılır.

Xatırladaq ki, bu gündən Rusiya da Türkiyəyə uçuşları məhdudlaşdırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti