Həmsədrlər bəyanat yaydılar

   Həmsədrlər bəyanat yaydılar
  14 Aprel 2021    Oxunub:2386
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) bəyanat yayıblar.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat yer alıb.

Bəyanatda bildirilib, həmsədrlər atəşkəsin gücləndirilməsi istiqamətində atılan bütün addımları məmnunluqla qarşılayır və tərəflər arasında 10 noyabr 2020-ci il tarixində əldə edilən üçtərəfli atəşkəs bəyanatının icrasını yaxından izləyirlər.

Qeyd olunub ki, qarşılıqlı etimad mühiti yaratmaq üçün ərazilərin minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi vacibdir. Eyni zamanda həmsədrlər, bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayıblar.

Azvision.az


Teqlər: ATƏT   Həmsədrlər   Bəyanat  





Xəbər lenti