Rusiya narahatdır
Lukaşeviç hesab edir ki, Qətərin paytaxtı Dohada baş tutan toplantıda qəbul edilən qərarların hamısı ötən ilin iyununda Cenevrədə əldə olunan razılaşmanın şərtləri ilə ziddir.
Rus diplomat iddia edib ki, bundan başqa hazırki Suriya iqtidarının nümayəndələrinin iştirakı olmadan ölkənin taleyi ilə bağlı qəbul edilən qərarların heç birinin hüquqi qüvvəsi yoxdur. Lukaşeviç buna görə də Rusiyanın Liqanın və ya hər hansı qurumun qərarlarını tanımayacağını bəyan edib.