“Qarabağ” “Sumqayıt”a, “Zirə” “Keşlə”yə qarşı

“Qarabağ” “Sumqayıt”a, “Zirə” “Keşlə”yə qarşı
  11 Aprel 2021    Oxunub:2079
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulacaq.
Azvision.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. Belə ki, "Zirə" öz meydanında "Keşlə" ilə qarşılaşacaq, "Sumqayıt" komandası səfərdə "Qarabağ"ın qonağı olacaq.

“Zirə” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

“Qarabağ” –“ Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
“Azersun Arena”

Xatırladaq ki, turun ilk oyun günündə "Qəbələ" "Neftçi" ilə 2:2, "Sabah" isə "Səbail" komandası ilə 0:0 hesablı heç-heçə edib.

Azvision.az


Teqlər: Qarabağ   Sumqayıt  





Xəbər lenti