AMEA-da yeni təyinat

AMEA-da yeni təyinat
  28 Fevral 2014    Oxunub:978
Filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təsdiq olunub.
AMEA-nın mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Qərara görə, Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli 5 il müddətinə AMEA-nın Mərkəzi Elmi Kİtabxanasının direktoru vəzifəsinə təyin edilib.

Digər bir qərarla Firəngiz Hüseynova MEK-in elmi işlər üzrə direktor müavini, Qutiyera Cəfərova isə elmi katib vəzifəsinə 5 il müddətinə təsdiq olunublar.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti