Yanaraq ölən hərbiçinin FOTOLARI

Yanaraq ölən hərbiçinin FOTOLARI
  26 Fevral 2014    Oxunub:1820
Bu gün Tovuz rayonunda baş verən dəhşətli yol qəzasında yanaraq ölən hərbçilərin adları məlum olub.
Dünyasını dəyişən hərbiçilər N saylı hərbi hissənin zabiti, İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Nəzərov Elçin Tağı oğlu və sərnişin, həmin hərbi hissədə müddətdən artıq hərbi xidmət edən Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1983-cü il təvəllüdlü Zeynalov Elçin Zakir oğludur.

AzVision.az-ın əldə etdiyi məlumata görə, qəzada dünyasınıı dəyişən N saylı hərbi hissənin zabiti Nəzərov Elçin Tağı oğlu 1986-cı ildə İsmayıllı şəhərindən hərbiçi ailəsində anadan olub. O 2003-cü ildə İsmayıllı şəhər 3 saylı orta məktəbini bitirib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasını bitirib.

AzVision.az dünyasını dəyişən E.Nəzərovun fotolarını təqdim edir.

Anar RÜSTƏMOV

Qalereya




Teqlər:  





Xəbər lenti