Deputatlar Almaniyada

Deputatlar Almaniyada
  26 Fevral 2014    Oxunub:1519
Milli Məclisin deputatları Almaniyada Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Siyavuş Novruzov, Rauf Əliyev və Xanlar Fətiyev Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etmək üçün fevralın 26-da Almaniyaya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən AzVision.az Trendə-ə istinadən xəbər verir ki i, Berlində “Almaniyada Azərbaycan Evi” Cəmiyyəti tərəfindən Xocalı qətliamı ilə bağı mitinqin keçirilməsi nəzərdə tutulur. Mitinqdə Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə ətraflı məlumat veriləcək, faciəni əks etdirən müxtəlif materiallar nümayiş olunacaq.

Tədbirdə Xocalı soyqırımının dünyada tanıdılması, ayrı-ayrı ölkələrin qanunverici orqanlarında, beynəlxalq təşkilatlarda bu faciəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində göstərilən səylərdən bəhs ediləcək.

Səfər martın 2-də başa çatacaq.



Teqlər:  





Xəbər lenti