Tofiq Abdin dünyasını dəyişdi

Tofiq Abdin dünyasını dəyişdi
  25 Fevral 2014    Oxunub:2102
Azərbaycanın tanınmış şairi, tərcüməçi-publisist Tofiq Abdin dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, Tofiq Abdin ötən gecə ürək tutmasından dünyasını dəyişib. Mərhumla vida mərasimi bu gün saat 14.00-da keçiriləcək.

Tofiq Məhərrəmoğlu (Abdin) – 1941-ci ildə Salyanın Qırmızıkənd kəndində anadan olub.

1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Tofiq Abdin uzun müddətdir ki, "Ədalət" qəzetində də türk ədəbiyyatının təbliğiylə məşğuldur. Türkiyənin TRT telekanalının Bakı təmsilçiliyi şair-publisist Tofiq Abdin haqqında yarım saatlıq sənədli film çəkib. Filmin ssenari müəllifi Raşid Dəmirtaş, operatoru Veysəl Baban, montajçı Ələddin Çətinqoldur.

Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Uzun illərdir, dövrü mətbuatda müntəzəm çıxış edir.

2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb.2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.


Teqlər:  





Xəbər lenti