`Qarabağ və 7 rayonu azad edəcəyik` - Oqtay Əsədov

`Qarabağ və 7 rayonu azad edəcəyik` - Oqtay Əsədov
  25 Fevral 2014    Oxunub:1047
Bu gün Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra sabah 22-ci ildönümü olan Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki,1992-ci il fevralın 26-da Xocalı şəhərində baş verənlər təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir:

"Biz əminik ki, heç bir cinayət cəzasız qalmayacaq. Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu işğaldan azad ediləcək, Xocalı soyqırımının günahkarları isə layiqli cəzalarını alacaqlar".

Spiker bildirib ki, Milli Məclisin qərarına əsasən, 26 fevral Xocalı soyqırımı günü kimi qeyd edilir. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra isə bu soyqırımın dünyada tanıdılması sahəsində böyük işlər görülüb. Onun sözlərinə görə, artıq bir neçə beynəlxalq təşkilat və dövlət tərəfindən Xocalı soyqırımı ilə bağlı mühüm sənədlər qəbul edilib.

Qeyd edək ki, plenar iclasda Azərbaycanda səfərdə olan Latviya parlamentinin Latviya-Azərbaycan dostluq qrupunun üzvləri də iştirak edirlər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti