Saakaşvili boyun əydi

Saakaşvili boyun əydi
  27 Mart 2013    Oxunub:1912
Saakaşvili öz səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı düzəlişləri təsdiq edib.
Gürcüstan prezidenti Mixeil Saakaşvili səlahiyyətlərinin məhdudlaşdırılması ilə əlaqədar konstitusiyaya edilən düzəlişləri təsdiq edib. Bu barədə Gürcüstan parlamentinin sədri David Usupaşvili məlumat verib. Usupaşvilinin sözlərinə görə düzəlişlər bu gündən qüvvəyə minir.

“Bu o deməkdir ki, bundan sonra Gürcüstan prezidentinin parlamenti buraxmaq hüququ olmayacaq və parlament rahat nəfəs ala biləcək”- Usupaşvili bildirib.

Xatırladaq ki, konstitusiyaya dəyişikliklər parlament tərəfindən martın 25-də təsdiq edilib. Yeni dəyişikliklərə əsasən “parlamentin prezident seçkiləri öncəsi, may ayından yeni seçiləcək prezidentin and içmə mərasiminə qədər buraxılması” ilə bağlı qanun da ləğv olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti