İdris İsayevin vəzifəsini müavini icra edir

İdris İsayevin vəzifəsini müavini icra edir
  25 Fevral 2014    Oxunub:1110
Ötən gün prezidentin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilən İdris İsayevin keçmiş vəzifəsini müavini Fuad Əlizadə icra edir.
AzVision.az-ın məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə isə hələ ki, yeni sədr təyin edilməyib. Hazırda bu vəzifəni sədrin müavini Fuad Əlizadə icra edir.

Məlumat üçün bildirək ki, Fuad Əlizadə 2013-cü ilin 14 noyabr tarixindən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Əldə etdiyimiz məlumata görə, Fuad Əlizadənin Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis gətiriləcəyi ehtimal edilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti