Müqaviləsiz işə götürənlər 90 min cərimələndi

Müqaviləsiz işə götürənlər 90 min cərimələndi
  25 Fevral 2014    Oxunub:883
Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar ayında 924 nəfər işçi ilə əmək müqaviləsi bağlanılmasını təmin edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional strukturları tərəfindən qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması istiqamətində cari ilin yanvar ayında aparılan işlər nəticəsində ayrı-ayrı müəssisələr üzrə ümumilikdə 924 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 24 kollektiv müqavilə bağlanılıb.

Qeyd edilən dövrdə işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 90472 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsi təmin olunub. Həmin vəsaitlərdən 84974 manatını əmək haqları, 4534 manatını zərərə görə ödənclər, 964 manatını sosial müavinət və kompensasiyalar təşkil edib.


Teqlər:





Xəbər lenti