Yeni mətbuat katibindən İLK AÇIQLAMA

Yeni mətbuat katibindən İLK AÇIQLAMA
  25 Fevral 2014    Oxunub:1198
Bu gündən etibarən Mərkəzi Seçki Komissiyasının yeni mətbuat katibi Şahin Əsədli vəzifəsinin icrasına başlayıb.
AzVision.az-a yeni vəzifəsi və gələcək fəaliyyəti haqda danışan Şahin Əsədli bundan sonra da MSK-nın mətbuatda sıx təmasda olacağını qeyd edib.

“MSK-a həmişə mətbuata açıq olub, bizim bütün tədbirlərimiz demək olar ki, jurnalistləri dəvət etməklə gerçəkləşdirilib. Bu bir ənənə halını alıb və bu cür formalaşıb. Bu uzun illərdir ki, həmkarımın da işlədiyi dövrdə MSK sədrinin bir mənalı təşəbbüsüdür”.

Ş.Əsədlinin sözlərinə görə, bundan sonra da MSK jurnalistlərə, ictimaiyyətə açıq olacaq: “Güman edirəm ki, bundan sonra da bu istiqamətdə, ictimaiyyətlə əlaqələr üzrə fəaliyyət davam etdiriləcək. Və MSK-nın fəaliyyəti kütləvi informasiya vasitələrində, bütün ictimaiyyət nümayəndələrində hər zaman olduğu kimi daha da yüksək səviyyəli xarakter daşıyacaq”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti