MSK-nın yeni mətbuat katibi kimdir? - Bioqrafiya

MSK-nın yeni mətbuat katibi kimdir? - Bioqrafiya
  25 Fevral 2014    Oxunub:2121
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri
Azər Sarıyev vəzifəsindən getdikdən sonra onu bu postda komissiyanın əməkdaşı Şahin Əsədli əvəz edib.


AzVision.az-ın məlumatına görə, Əsədli Şahin İdris oğlu fevralın 25-dən etibarən Mərkəzi Seçki Komissiyası Katibliyi Media və ictimai əlaqələr şöbəsinin müdiridir.

O, 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetini Politologiya ixtisası üzrə 2002-ci ildə bakalavr, 2007-ci ildə magistratura pilləsini fərqlənmə ilə bitirib.

2003-cü ildən Mərkəzi Seçki Komissiyası Katibliyinin Beynəlxalq əlaqələr şöbəsində işləyib. Ailəlidir, 1 oğlu var.

Dəfələrlə beynəlxalq müşahidə missiyaların tərkibində müşahidəçilik edib. Seçki Sistemləri üzrə Beynəlxalq Fondun trener sertifikatını alıb. Peşəkar seçki tereneridir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti