Milli Məclis bu gün toplanır

Milli Məclis bu gün toplanır
  25 Fevral 2014    Oxunub:785
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, fevralın 25-də keçirilməsi planlaşdırılan iclasın gündəliyinə 4 məsələ daxil edilib.

1. "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

2. "Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında" Sazişin (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

3. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

4. "Dəniz limanları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi haqqında

Qeyd edək ki, Parlamentin plenar iclasında 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasına dair bəyanatın qəbul ediləcəyi də gözlənilir.

Anar RÜSTƏMOV


Teqlər:





Xəbər lenti