“Bu Azərbaycana qarşı terrordur”

“Bu Azərbaycana qarşı terrordur”
  24 Fevral 2014    Oxunub:923
“Xocalı faciəsi bizim ən ağırlı yaralı yerimizdir. Bu faciə 20 əsrin ən real soyqırımlarından biridir”.
AzVision.az xəbər verir ki, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Xocalı soyqırımından danışarkən deyib. Onun sözlərinə görə, ermənilər Azərbaycana qarşı apardığı soyqırım nəticəsində Azərbaycana xeyli ziyan dəyib.

“Bu faciə bir günün və ya təsadüfi soyqırım deyil. Ermənilərin uzun müddət azəri türklərinə, bütövlükdə türk xalqlarına qarşı 200 ilə yaxındır ki, apardığı ədalətsiz çirkin törətdikləri cinayətlərin nəticəsidir. Xocalı faciəsi bu zəncirvari prossesin bir qismidir. Dünya erməni diasporaları türk dünyasına qarşı haqsız təbliğat işləri aparılır. Ermənistan Azərbaycana qarşı dünya erməni diasporası və hazırki Ermənistan və onun şovinist məmurları himayədarlarının köməkliyi ilə soyqırım törədib. Hələ də bir çox ölkələrin ictimayyəti bu faciələrdən xəbərsizdir. Artıq Heydər Əliyev Fondu və ölkə diasporaları, ziyalıları, gəncləri tərəfindən Xocalı Soyqrımın tanıdılması istiqamətində prosses davam edir. Artıq dünyanın bir sıra ölkələri bu faciə ilə əlaqədar qətnamə qəbul edib. Biz bununla da kifayyətlənməməliyik. Bu faciələrdən də başqa biz 1905-ci ildə Azərbaycan xalqı 10 minlərlə insan öldürülüb, minlərlə yaşayış məntəqələri yandırılıb. Çox maraqlıdır ki, ermənilərin 100 il bundan qabaq törətdikləri soyqrım, 1992-ci ildə eyniliklə təkrarlandı. Hesab edirəm ki, erməni millətçiləri tərəfindən törədilən bu cinayətlər türk dünyasına qarşı sistemləşdirilmiş bir terordur”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti