Azərbaycanda peyvənd olunanların sayı 400 mini keçdi

  07 Mart 2021    Oxunub : 2684
 Azərbaycanda peyvənd olunanların sayı 400 mini keçdi
Martın 6-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 17 495 nəfər vaksinasiya olunub.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407 979 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.

Azvision.az

Teqlər: Peyvənd   Koronavirus