Şəmkir DYP-nin rəisi vəzifəsindən azad edildi

  07 Mart 2021    Oxunub : 2511
   Şəmkir DYP-nin rəisi vəzifəsindən azad edildi
Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) rəisi vəzifəsindən azad edilib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə polis mayoru Fəqan İsmayılov Şəmkir rayon DYPB-nin rəisi vəzifəsindən azad olunub. Nazinin digər əmiri ilə F.İsmaylov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti bölməsinə komandir təyin olunub.

Hələlik Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Azvision.az

Teqlər: DİN   Polis   Mayor   Təyinat