Yoluxma sayı yenidən artdı - Bugünkü statistika

 Yoluxma sayı yenidən artdı -  Bugünkü statistika
  05 Mart 2021    Oxunub:3608
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236012 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 229442 nəfər müalicə olunaraq sağalıb, 3235 nəfər vəfat edib, aktiv xəstə sayı 3335 nəfərdir.

Ölkədə son sutka ərzində 7779, hazırkı dövrədək isə 2635770 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti