“Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi”
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxışında Prezident İlham Əliyevi qələbə münasibətilə təbrik edib:
“Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi”.
İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrin baxışlarının həyata keçirilməsi üçün mühüm platforma olduğunu deyən Məhəmməd Əşrəf Qani pandemiyanın mənfi təzahürlərinin minimuma endirilməsi üçün regional əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Azvision.az
Teqlər: ƏşrəfQani