“Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur” - Prezident

 “Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur” -   Prezident
  04 Mart 2021    Oxunub:4611
Prezident Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynayıb. Türkiyə bizim qardaşımız, böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısındakı çıxışında söyləyib.

Rəisi "İslam Cihadı"nın liderini qəbul edib
Dövlətimizin başçısı deyib: “Azərbaycan və Türkiyə xalqları əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır”.

Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Əfqanıstan Prezidenti Əşrəf Qaniyə, Pakistanın Baş naziri İmran Xana Azərbaycanın qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürünü bildirib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti