XTQ-nin şəhid giziri: Yaşasaydı, 34 yaşı olacaqdı - FOTOLAR

  XTQ-nin şəhid giziri:  Yaşasaydı, 34 yaşı olacaqdı -  FOTOLAR
  04 Mart 2021    Oxunub:4572
“Şəhriyar doğum günlərini qeyd etməyi sevməzdi, amma mən ona hər il sürprizlər edərdim”.
Bunu Azvision.az -a Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Şəhriyar Abdullayevin xanımı Zülfiyyə Abdullayeva deyib. O, həyat yoldaşının 34-cü doğum gününü məzarı başında qeyd etdiklərini söyləyib:

“Ötən il ad günündə təlimdə idi. Evə qayıdanda onun üçün yaddaqalan məclis keçirdim, üzərində doğum tarixi, ad və soyadı yazılmış alışqan hədiyyə etdim. Əşyalarını indi də saxlayıram. Onlara baxanda Şəhriyarı xatırayıram. Builki ad günündə isə onu məzarı üstündə andıq. Daha sonra valideynləri, sinif yoldaşları bir süfrə arxasına yığışıb şəhidimizlə bağlı söhbət açdıq”.

Qeyd edək ki, Şəhriyar Abdullayev Vətən müharibəsində Murov yüksəkliyinin, Füzulinin, Hadrutun, Cəbrayılın azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.















Şahanə Rəhimli
Azvision.az


Teqlər: ŞəhriyarAbdullayev   şəhidXTQ  





Xəbər lenti